15 İllik Təcrübə • Bütün Azərbaycanda

Peşəkar Mətbəx Avadanlıqlarının Təmiri və Texniki Servisi

Restoran, otel, kafe və iaşə obyektləri üçün fasiləsiz və təhlükəsiz mətbəx fəaliyyəti təmin edirik. Peşəkar diaqnostika, rəsmi qüsur aktı və zəmanətli təmir.

Orijinal Ehtiyat Hissələri
Rəsmi Qüsur Aktı & Zəmanət
Soyuducu Otaq & Kameralar
Operativ Xidmət Xətti
Repair Team Loqo

Repair Team MMC

Azərbaycan üzrə peşəkar iaşə və restoran avadanlıqlarının texniki təminat mərkəzi

15+ İl
Bazar Təcrübəsi
100%
Zəmanətli Təmir
70+
Korporativ Tərəfdaş
24/7
Texniki Dəstək
Haqqımızda & Niyə Biz?

Dayanıqlı Mətbəx, Dayanıqlı Biznes Deməkdir

15 ilə yaxındır ki, Azərbaycanın bütün bölgələrində peşəkar mətbəx avadanlıqlarının təmiri, quraşdırılması və texniki servis xidmətini yüksək məsuliyyətlə icra edirik.

İdarə heyətimiz və təcrübəli mühəndis-texnik kollektivimiz iaşə sahəsinin bütün spesifik tələblərini dərindən bilir. Vaxtında göstərilən texniki qulluq böyük xərclərin və iş dayanmalarının qarşısını alır.

Planlı Texniki Qulluq & Profilaktika

Avadanlıqların nasazlıq riskini minimuma endirmək üçün dövri monitorinq və qulluq.

Rəsmi Qüsur Aktı & Zəmanət

Hər bir təmir işi rəsmi sənədləşdirilir, dəyişdirilən hissələrə tam zəmanət verilir.

Operativ Servis Xətti

Təcili çağırışlara operativ reaksiya verərək mətbəxin fəaliyyətini ən qısa müddətdə bərpa edirik.

15+
İllik Təcrübə
Sənaye mətbəxlərində ixtisaslaşmış servis təcrübəsi
1000+
Uğurlu Təmir
Bərpa olunan soyutma, istilik və mexaniki avadanlıqlar
100%
Şəffaf Sənədləşmə
Rəsmi qüsur aktı və qiymət smetası ilə iş prinsipi
Bütün
Bölgələr
Bakı və Azərbaycanın bütün regionlarına operativ çıxış
Xidmətlərimiz

Servis Göstərdiyimiz Avadanlıqlar

Restoran və iaşə mətbəxində istifadə olunan bütün növ sənaye avadanlıqlarının peşəkar təmiri və texniki qulluğu.

Soyuducu Otaqlar və Kameralar

Soyuducu Otaqlar & Kameralar

Otel, restoran və anbarlar üçün otaq tipli soyuducu kameraların montajı, aqreqat və kompressor təmiri.

Avadanlıqlara bax →
Mətbəx Soyuducu Sistemləri

Mətbəx Soyuducu Sistemləri

Dərin dondurucular, vitrinlər, pizza və salat hazırlıq soyuducu dəzgahları və şkaflar.

Avadanlıqlara bax →
Sobalar

Sobalar

Konveksion sobalar, pizza sobaları, daşlı sobalar və dönər arabalı modellər.

Avadanlıqlara bax →
Bişiricilər

Bişiricilər

Qaz və elektrik peçləri, devrilir tavalar, fritözlər, qaynatma qazanları və ızqaralar.

Avadanlıqlara bax →
Qabyuyan maşınlar

Yuma & Qabyuyanlar

Gilyotin və konveyer tipli sənaye qabyuyan maşınları və dəzgah sistemləri.

Avadanlıqlara bax →
Köməkçi avadanlıqlar

Köməkçi & Hazırlıq

Ət çəkən, tərəvəz və soğan doğrayıcı, kartof soyan, çörək dilimləyən və vakuum aparatları.

Avadanlıqlara bax →
Fast food avadanlıqları

Fastfood Avadanlıqları

Salamanderlər, sənaye tosterləri, vafli və fəsəli hazırlayan peşəkar cihazlar.

Avadanlıqlara bax →
Xəmir hazırlama avadanlıqları

Xəmir Hazırlama

Spiral və planet mikserlər, xəmir yoğuran, xəmir açan, kündə yuvarlayan və mayalandırma.

Avadanlıqlara bax →
Servis xətti

Servis Xətti & Bənmari

İsti və soyuq bənmari, salatbar, notr dəzgahları və təqdimat xətləri.

Avadanlıqlara bax →
Bütün Avadanlıqlar Kataloquna Keçid →
İş Qaydası

Təmir və Servis Prosesimiz Necə İşləyir?

Hər addımda şəffaflıq və peşəkarlıq prinsiplərinə sadiq qalırıq.

01

Monitorinq & Diaqnostika

Ustalarımız məkana baxış keçirir, avadanlığın nasazlıq səbəbini və dəyişilməli detalları dəqiq müəyyən edir.

02

Qüsur Aktı & Qiymət Təklifi

Aşkarlanan qüsurlar rəsmi aktda qeyd olunur və detallı smeta müştəriyə təqdim edilir.

03

Təmir & Sınaq İcrası

Razılaşmadan sonra orijinal ehtiyat hissələri ilə təmir yerinə yetirilir və test rejimində yoxlanılır.

04

Təhvil & Rəsmi Zəmanət

İş tam hazır vəziyyətdə təhvil verilir və görülən işlərə, dəyişən hissələrə zəmanət təqdim olunur.

Qiymətləndirmə və Müqavilə Şərtləri →
Etibarlı Tərəfdaşlıq

Bizi Seçən Otel və Restoranlar

Azərbaycanın aparıcı otel şəbəkələri, restoranları və dövlət qurumları ilə uzunmüddətli əməkdaşlıq edirik.

Marxal Müalicəvi İstirahət Kompleksi
Marxal Resort
Şabran Yaradıcılıq İstirahət Kompleksi
Şabran Kompleksi
Shaurma N1
"Shaurma N-1"
Saffron Restaurant
Saffron Restaurant
Qarabağ Otel
Qarabağ Otel
Azərbaycan Bakı Metropoliteni
Bakı Metropoliteni
Bütün Tərəfdaşlar və Rəsmi Referanslar →

Mətbəxinizdə Təcili Təmirə Ehtiyac Var?

Avadanlıqların nasazlığı işinizi dayandırmasın. Dərhal mütəxəssisimizlə əlaqə saxlayın, ən qısa zamanda məkanınızda olaq.